“Qəbələ” hazırlığı davam etdirir
16.07.2022 , 12:52

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin 12-ci gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin yetirmələrinin hazırlığı günün ikinci yarısına təsadüf edib. Məşq meydançada gerçəkləşib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
