Futbol

“Qəbələ” Gürcüstanda 4-cü oldu

07.12.2021 , 11:17

“Qəbələ”nin U-16 komandası Tbilisi səfərini başa çatdırıb.

Korner.az xəbər verir ki, yarışın dairəvi sistemlə keçirilən birinci hissəsində 3-cü yeri tutan “Qəbələ” sonuncu olmuş Litvanın “Ateitis” klubu ilə bürünc medallar uğrunda oyuna çıxıb.

Çoxsaylı qol imkanlarından yalnız ikisini reallaşdıran qəbələlilər yekunda meydançadan məğlub ayrılıb – 2:3.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan final matçında “Riqa”ya (Latviya) penalti seriyasında qalib gələn yerli “Dinamo” çempion adını qazanıb.

Qədir Ramazanov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

Turnirdən sonra kollektiv Tbilisi şəhəri ilə tanış olub, mərhum prezidentimiz Heydər Əliyevin abidəsini ziyarət edib.

Son yazılar

Yuxarı