Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” gün ərzində iki yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Romand Qriqorçukun komandası ilk görüşdə Türkiyənin birinci liqasında mübarizə aparan “Adanaspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Qəbələ”nin ikinci matçındakı rəqibi isə Ukrayanın “Vorskla” (Poltava) klubu olacaq. Bu oyuna saat 19:00-da start veriləcək.
17 iyun
Yoxlama oyunu
16:00. “Qəbələ” (Azərbaycan) – “Adanaspor” (Türkiyə)
19:00. “Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna)
