Ölkə futbolu

“Qəbələ” “Gənclər Kuboku”nun qalibi oldu

10.06.2021 , 22:29

“Qəbələ” AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku”nun qalibi olub.

Korner.az xəbər verir ki, “qırmızı qaralar”ın U-19 komandası bu gün keçirilən final oyununda “Sabah”la qarşılaşıb.

Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas vaxtı qolsuz bitib. Famil Xəlilovun baş məşqçisi olduğu “Qəbələ” 1:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib. Həlledici qolu 102-ci dəqiqədə baş zərbəsi ilə Mehrac Baxşalı vurub.

Bu, “Qəbələ”nin qazandığı ikinci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Komanda “U-17 Kuboku”nun qalibi adına yiyələnib.

Son yazılar

Yuxarı