Futbol

“Qəbələ” – “Fehervar” oyununun vaxtı açıqlandı

23.06.2022 , 18:32

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

Korner.az xəbər verir ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Komandalar arasında iyulun 21-də Macarıstandakı “Mol Arena”da oynanılacaq görüşün Bakı vaxtı ilə saat 21:00-da başlayacağı daha əvvəl açıqlanmışdı.

Son yazılar

Yuxarı