“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası V Vodofone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Türkiyənin Antalya şəhərinə yollanıb.
Korner.az-ın məlumatına görə, 32 komandanın iştirakı ilə baş tutacaq turnir sabah – aprelin 20-də start götürəcək.
Təmsilçimiz F Qrupunda yer alıb. “Qırmızı-qaralar” növbəti mərhələyə vəsiqə uğrunda “Fənərbaxça” (Türkiyə), “Ayntraxt” (Dortmund, Almaniya) və “Galaksiya” (Kosova) komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, artıq beşincisi keçirilən Vodofone Turniri hər il tanınmış klubların iştirakına şahidlik edir. Sabah start götürəcək yarışda “Çelşi” (İngiltərə), “Milan” (İtaliya), “Borussiya” (Almaniya), “Qalatasaray”, “Beşiktaş” və “Bursaspor” (üçü də Türkiyə) kimi komandalar medallar uğrunda mübarizə aparacaq.
