Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” klubu bu gün növbəti sınağına çıxıb.
Korner.az-ın məlumatına görə, “Qəbələ” Türkiyə superliqasında mübarizə aparan “Eskişehirspor”la qarşılaşıb. Oyun “Qəbələ”nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
