“Qəbələ” son vaxtlarda əsas heyətə düşə bilməyən millimizin müdafiəçisi Elnur Allahverdiyevlə bağlı yekun qərarı verib.
Korner.az-ın məlumatına görə, müdafiəçi transferə çıxarılıb.
Bu barədə əyalət təmsilçisinin vitse-prezidenti Fariz Nəcəfov bildirib. Nəcəfovun sözlərinə görə, müdafiəçi ilə danışıqlardan sonra Allahverdiyevin transferə çıxarılmasına qərar verilib. Hansı klub onun xidmətindən maraqlı olsa, “Qəbələ”yə müraciət edə bilər. Hələlik, heç bir klub “qırmızı-qaralar”a futbolçuya görə müraciət etməyib.(futbolinfo)
