Dünyanın milli çempionatlarında davam edən ən uzun seriyalar açıqlanıb
İlk “onluq”da Azərbaycan klubları da yer alıb.
İki təmsilçimiz – “Qəbələ” və “Keşlə” fərqlənənlər sırasında qərarlaşıb.
“Qəbələ” dünyanın ən məhsuldar komandaları arasında yer alıb. Söhbət hər görüşdə 3 və daha çox qol vurmaqdan gedir. Roman Qriqorçukun yetirmələri artıq 4 çempionat oyunudu 3-dən az qol vurmur.
Yalnız Kanada təmsilçisi “Skarboro” daha çox – 5 matçda belə məhsuldar olub. “Qəbələ” və daha 3 klubda isə bu göstərici 4-ə bərabərdi.
“Keşlə” isə ardıcıl məğlubiyyət sayında 9-10-cu yerlərə şərikdi. Bakılılar Tailandın “Esen Yunayted” komandası ilə eyni göstəriciyə malikdi.
Bu göstəricidə antirekord “Paniliakos”a məxsusdu. Yunanıstanın aşağı liqa təmsilçisi 23 turdu xal qazana bilmir.
