“Qəbələ” – “Dinamo”ya məğlub oldu
25.07.2019 , 21:05

Avdopa Liqasının II təsnifat mərhələsinin ilk oyunları oyunları keçirilir.
Korner.az xəbər verir ki, “Qəbələ” bu gün öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib.Qarşılaşma “Dinamo”nun 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu 1 həftə sonra Gürcüstanda keçiriləcək.Cütün qalibi “Feyenoord” klubu ilə qarşılaşacaq.
25 iyul
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19:00 “Qəbələ”(Azərbaycan)- “Dinamo”(Gürcüstan)-0:2
Qollar: Levani Kutalia,4, Daffe,87
Baş hakim: Nikolas Uolş
Qəbələ şəhər stadionu
