“Qəbələ” məğlub oldu
01.08.2019 , 23:06

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, təmsilçilərimizdən bu gün “Qəbələ” də cavab matçına çıxıb.
Əyalət təmsilçisi Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələ görüşdə 3:0 hesabıyla məğlub olub.
Qeyd edək ki,”Dinamo” 3-cü mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
1 avqust
21:00. “Dinamo” (Tbilisi, Gürcüstna) – “Qəbələ” -3:0
Qol:Şengeliya,68,88, Karikari,90+3
Hakimlər: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).
Tbilisi. Boris Payçadze adına stadion.
İlk oyun – 2:0.
