Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Tiflis) cavab oyununun başlama saatı müəyyənləşib.
Korner.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Qəbələdə keçiriləcək qarşılaşma iyulun 9-u Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk matç sabah oynanılacaq. “Dinamo” – “Qəbələ” görüşünün start fiti 21:00-da səslənəcək.
