“Qəbələ” davam edir
21.01.2019 , 20:06

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.
“Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 20-də Rusiyanın “Yenisey” klubu ilə yoxlama oyunu (2:2) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər.
