Bu mövsüm avrokuboklara vəsiqə qazana bilməyən "Qəbələ" baş məşqçi Fatih Kavlakla müqavilənin müddətini uzatdığdan sonra əyalət komandası bir neçə futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. Korner.az-ın məlumatına görə, mövsümü beşinci pillədə bitirən "Qəbələ"dən üç futbolçu birdən ayrılır.
Kavlak Deon Barton, Qrem Smit və Stil Olfeslə müqavilənin müddətinin uzadılmasını lazım bilməyib. Arif İsayev və Saşa Yunisoğlunun da müqaviləsi bitib. Lakin bu futbolçular haqda yekun qərar bir neçə günə veriləcək.
