"Qəbələ" daha bir futbolçuya qapını göstərib.
Korner.az-ın məlumatına görə, əyalət təmsilçisi braziliyalı sol cinah müdafiəçisi Daniel Kruzla başa çatan müqavilənin yenilənməməsi qərarına gəlib.
31 yaşlı futbolçunun əsas heyətə düşə bilməməsi onun getməsinə zəmin yaradıb.
Qeyd edək ki, Kruz “Qəbələ”yə 2 il əvvəl, Toni Adamsın baş məşqçiliyi dövründə gəlmişdi.