Avroliqada çıxış edəcək "Qəbələ" klubu əsas futbolçularından biri Daniel Subotiçlə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, Daniel Subotiç vaxtı bitən müqaviləsini yeniləməkdən imtina edib.
İyunun 16-da komandanın məşqlərinə qatılmalı olan forvard ailə problemi olduğuna görə komandanın düşərgəsinə gələ bilməyib.
