“Qəbələ” ruminyalı futbolçu Kristian Pulhakla müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.
Korner.az-ın məlumatına görə, bu barədə oyunçunun özü Rumıniya mətbuatına açıqlamasında bildirb.
O, bir neçə klubdan təklif aldığını da qeyd edib.
Xatırladaq ki, Kristian Pulhak 2013-ci ilin yanvarından “Qəbələ”də top qovurdu.
