Azərbaycanı Avroliqada təmsil edəcək "Qəbələ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Bunu Korner.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə,futbolçu region təmsilçisi ilə müqaviləsi başa çatdığından heyətdən ayrılıb:
"Müqavilənin vaxtı bitdiyindən Niasse komandadan ayrılıb.Həm də o öz istəyi ilə klubdan getmək istədiyini bildirib".
Xatırladaq ki, "Qəbələ" yay fasiləsində Omar Kalabane, Yannik Kamanan, Dieqo Koşta, Rodriges Asis, Lorense Ebesilio və Marat İzmaylovla da yolları ayırıb.
