“Qəbələ” Çexiya klubuna məğlub oldu
24.01.2022 , 18:40

“Qəbələ” Antalya toplanışı çərçivəsində bu gün son yoxlama matçına çıxın.
Korner.az-ın məlumatına görə, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.
“Qəbələ” bunadək Polşa “Zaqlembe”sinə uduzub (1:2), Şimali Makedoniya “Boreç”inə qalib gəlib (1:0).
