“Qəbələ”nin U-11 və U-19 komandalarının ardından U-17 kollektivi də 2012-2013 mövsümünün qalibi adına yiyələnib.
Korner.az-ın məlummatına görə, dünən U-17 Liqasının 24-cü turu çərçivəsində səfərdə “Sumqayıt”la üz-üzə gələn “Qəbələ” rəqibinə şans verməyib. Rəqibini Əli Səmədov və Vəzir Musayevin qolları ilə 2:0 yenən Famil Xəlilovun komandası xallarının sayını 63-ə, ikinci pillədə qərarlaşan “Neftçi” ilə xallarının fərqini isə 8-ə çatdırıb və çempionatın sonuna 2 tur qalmış çempionluğunu elan edib.