Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Qəbələ" hazırlıqı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" Almaniya təmsilçisi "İnqolşdadt"la qarşılaşıb.
Matç Bakı vaxtı ilə 12:00-da start götürüb. Bol qollu oyunda "Qəbələ" 3:4 hesabı ilə məğlub olub. "İnqolşdadt" klubu 2004-cü ildə iki köklü klubun – "ESV İnqolşdadt" və "MTVİnqolşdadt" birləşməsi ilə yaranıb. Komanda hazırda II Bundesliqada mübarizə aparır.
Qeyd edək ki, "Qəbələ"nin daha öncədən Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşacağı nəzərdə tutulmuşdu.
22 yanvar
"Qəbələ"-"İnqolşdadt" 3:4
Qollar "Qəbələ": Rəşad Abdullayev, 43 (1:1) avtoqol, 53 (2:2) Kamanan, 81(3:4)
“Qəbələ”nin start heyəti: Dieqo, Hüseynov, Kelhar, Abdullayev, Dodo, Mendi, Dabo, İmaməliyev, Abbasov, Qoqiç, Emeqara.
