“Qəbələ” bu gün başlayır
05.07.2021 , 11:23

“Qəbələ” klubu bu gün 2021/22 mövsümünün hazırlığına start verəcək.
Korner.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu gün təlim-məşq toplanışına başlayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlığın ilk mərhələsini Qəbələdə gerçəkləşdirəcək. Komanda günün ikinci yarısında bir araya gələcək.
Toplanışın ilk məşqi saat 18:30-a planlaşdırılıb. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.
Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.
