“Qəbələ”nin 17 yaşadək futbolçularından ibarət komandası dekabrın 15-dən etibarən Braziliyada keçirilən “Laranya Mekanika Beynəlxalq Kuboku” turnirində iştirak edir.
Korner.az-ın məlumatına görə, təmsilçimiz artıq iki oyunda iştirak edib.
Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gəlib və 0:3 hesabıyla uduzub. Təmsilçimizin ikinci oyunu da uğursuz alınıb. “Palmeyras”la qarşılaşma “Qəbələ”nin minimal hesablı məğlubiyyəti ilə bitib – 0:1. “Qəbələ” növbəti oyununu sabah “Əl Əhli”yə qarşı keçirəcək.
Fanat.az
