“Qəbələ” Bolqarıstan klubu ilə heç-heçə etdi
22.01.2020 , 18:55

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün daha bir yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstanın “Etar” klubu ilə qarşılaşıb. Görüş qolsuz bitib – 0:0.
“Qəbələ” əvvəlki yoxlama oyununda MTK-ya 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib. Təmsilçimiz ayın 25-də Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
22 yanvar
17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan) – 0:0
