“Kanal 13” televiziyası vasitəsiylə yayımlanan “Topçu”nun daha bir sayı izləyicilərin ixtiyarına verilib. Obyektiv tənqid ruhuyla seçilən proqramın budəfəki qonaqları “İmarət” fanklubunun yaradıcılarından olan Qabil Hüseyn və “futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov olub.
Aparıcı Nihat Ağasoyla birgə Premyer Liqanın son turunu dəyərləndirən qonaqlar “Qəbələ” və “Qarabağ” arasında gedən çempionluq mübarizəsinə xüsusi diqqət ayırıb. Cəlilov “İnter”in AFFA komandasına çevrilməsindən, “Neftçi”nin bu qış aldığı futbolçulardan birinin gülünc duruma düşməsindən danışıbsa, Hüseynov Dani Kintananın uzun müddətə sıradan çıxmasının “Qarabağ” fanatlarını ümidsizləşdirməsindən söz açıb.
