Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun püşkü atılıb.
Korner.az-ın məlumatına görə, 28 may – 02 iyun tarixlərində baş tutacaq turnirin 8 iştirakçısı var.
“Qəbələ” “Barselona” (İspaniya), “Beşiktaş” (Türkiyə) və “Şaxtyor”la (Ukrayna) eyni qrupda mübarizə aparacaq.
“Bakı” isə “Zenit” (Rusiya), “Feyenoord” (Hollandiya) və “Porto”yla (Portuqaliya) birgə yarışacaq.
İlk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə keçirimişdi. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.