II “Qəbələ kuboku” turnirinin yarımfinal mərhələində bu gün “Barselona”ya qalib gələrək fnala adlayan “Porto”nun 15 yaşlılardan ibarət komandasının baş məşqçisi Antonio Folya Qəbələyə ezam olunmuş jurnlistlərin suallarını cavablandırıb.
– Əvvəla qələbə münasibəti ilə sizi təbrik edirik.
– Təşəkkür edirəm.
– Finala çıxmaq çətin olmadı ki?
– Əlbəttə, “Barselona”ya qarşı oynamaq hər bir klub üçün çox çətindi. Sona qədər mübarizə apardıq. İstədiyimiz oyunu göstərə bildik. Ona görə də qalib gəldik.
– “Qəbələ kuboku” turnirini necə dəyərləndirirsiniz?
– Bu turniri təşkil edənlərə böyük təşəkkürümü bildirirəm. Burda olduğumuz müddətdə özümüzü evdəki kimi hiss edirik. Təşkilatçılıq yüksək səviyyədədi.
– “Qəbələ” ilə üzləşə bilmədiniz. Amma oyunlarını izləmisiniz. “Qəbələ” klubu haqqında nə deyə bilərsiniz?
– Məni “Qəbələ” daha çox təəccübləndirdi. Bu komanda “Bakı”dan yaxşı çıxış edir.
– “Bakı”nın 17 yaşlı futbolçusu Mahir Mədətov bu yaxınlarda “Porto” ilə müqavilə bağladı. Bu haqda məlumatınız var?
– Bu barədə heç nə bilmirəm.
– Finalda “Şaxtyor” yoxsa, “Feyenoord”la oynamaq istədiniz?
– Mənim üçün fərqi yoxdu.
– Ötən mövsüm “Sumqayıt”ın futbolçusu Orxan Əliyev də “Porto”da baxışda olub. Bu haqda necə məlumatınız var?
– Bu haqda da məlumatım yoxdu.
– 7 nömrəli futbolçunu komandaya necə gətirmisiniz?
– O, əslən Qvineyadandı. Ancaq valideynləri Portualiya vətəndaşlarıdı.
– “Barselona”nın 9 nömrəli futbolçusu Lini turnirin ən yaxşısı adlandırırlar. Ancaq sizin 7 nömrəli futbolçunuz daha yaxşı təsir bağışlayır.
– Əminliklə deyə bilərəm ki, mənim oyunçum turnirin ən yaxşısıdı.