Premyer Liqanın XXX turunda aprelin 29-da doğma meydançada “Bakı”nı qəbul edəcək “Qəbələ” oyunöncəsi hazırlıqlarını tamamlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşq prosesində müalicəsi davam edən Rövşən Əmiraslanovdan başqa heyətdə olan bütün futbolçular iştirak ediblər.
“Qəbələ” paytaxt təmsilçisi önünə Rövşəndən əlavə daha bir itki ilə çıxacaq. Ötən turda – “İnter”lə qarşılaşmada qırmızı vərəqə ilə cəzalandırılan Mahir Şükürov da komandaya kömək edə bilməyəcək.
