Liqasının ilkin mərhələsini uğurla adlayan və yarımfinala vəsiqə
qazanan “Qəbələ”nin 19 yaşa qədər futbolçulardan ibarət komandası finala
çıxmaq uğrunda mübarizədə “Bakı” ilə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, paytaxtda baş tutan ilk oyun “qırmızı-qaralar”ın tam
üstünlüyü ilə keçib. Matç boyunca “Qəbələ” Fərid Hacıyev, Ehtiram
Şahverdiyev və Sadiq Quliyevin simasında bir neçə fərqlənmək imkanı
yaxalasa da, qarşılaşmada hesab açılmayıb. Cavab oyunu mayın 1-i
Qəbələdə baş tutacaq.
ki, bu mövsüm ilki keçirilən U-19 Liqası 7 komandanın iştirakı ilə
reallaşıb. Meydançaya çıxdığı 6 oyunun 4-də qalib gələn
“qırmızı-qaralar” 1 oyunu heç-heçə, 1 görüşü isə məğlubiyyətlə
yekunlaşdırıb. Nəticədə turnir cədvəlinin II pilləsində qərarlaşıb və
yarımfinala vəsiqə qazanıb.
