“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-un futbolçusu Harri Harisis zədələnib.
Korner.az-ın məlumatına görə, tibbi müayinədən keçən H.Harisinin sağ ayağından zədələndiyi müəyyənləşib.
Onun təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, H.Harisis noyabrın 26-ı avroliqada “Qəbələ”yə qarşı oynamayacaq.
