Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun futbolçusu Volodimir Levin “bankirlər"lə yollarını ayırıb. Cəzalı olduğu üçün son turda oynamayacaq ukraynalı paytaxt təmsilçisi ilə başa çatan müqaviləsini uzatmayıb.
Korner.az-ın məlumatına görə, buna səbəb təcrübəli müdafiəçinin "Qəbələ"dən təklif almasıdı. Levin bugün yeni komandası ilə 2 illik müqavilə bağlayacaq.