“Qəbələ” Azərbaycan çempionatından imtina etdi
04.08.2018 , 12:10

“Qəbələ” klubu əvəzedici komandasının 1-ci divizionda iştirak etməsinə razı deyil.
Klub rəhbərliyi bunu əlavə maliyyə itkisi kimi qiymətləndirib və əvəzedicilərinin 1-ci divizionda iştirakından imtina edib.
Bununla bağlı AFFA və PFL-ə də məlumat verilib. Hazırda AFFA, PFL və “Qəbələ” arasında danışıqlar gedir (“Azərbaycan” radiosu).
