“Qəbələ”nin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Korner.az-ın məlumatına görə görə, UEFA-ya Qəbələ və Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionları sifariş olunub.
Komanda ilk iki təsnifat mərhələsinin ev oyunlarını Qəbələ şəhər stadionda keçirə bilər. Ancaq “qırmızı-qaralar” növbəti mərhələyə yüksəlsə, rəqibini T.Bəhramov adına stadionda qəbul edəcək. Buna səbəb Qəbələ şəhər stadionun Avropa standartlarına tam cavab verməməsidir.
Qol.Az
