“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, bölgə klubu Bəxtiyar Soltanovu heyətinə qatıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu “Araz Naxçıvan”da çıxış edirdi. Amma o, klubun dağılması nəticəsində azad agentə çevrilmişdi. Məhz bundan yararlanan “Qəbələ” onunla müqavilə imzalayıb.
