UEFA Avropa Liqasının III təsnifat mərəhləsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Qəbələ” – “Apollon” matçı üçün bilet satışına start verilib.
Korner.az-ın məlumatına görə, avqustun 6-da baş tutacaq oyunun biletlərini qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək olar.
Biletlərin qiymətləri 1, 2, 5 və 10 AZN-dir.
Qeyd edək ki, oyun saat 21:00-da baş tutacaq.
