“Qəbələ” Antalyaya getdi
13.01.2019 , 18:18

“Qəbələ” Türkiyənin Antalya şəhərinə yollanıb.
“Qırmızı-qaralar” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. “Qəbələ” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.
