Yanvarın 13-dən təlim-məşq məqsədi ilə Antalyada toplanışda olan "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası sabah – yanvarın 17-i qardaş ölkədə ilk yoxlama oyunu keçirəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, "qırmızı-qaralar" ilk hazırlıq oyununda "Antalyaspor"lu həmyaşıdları ilə qarşılaşacaqlar.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
