"Qəbələ" daha bir futbolçunu heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, bu serbiyalı sağ cinah müdafiəçisi Nikolae Valentiçdir.
Nikolae Valentiçin 30 yaşı var və o, karyerası ərzində “Alaniya”, "Anji","OFK", “Bojdovaç”, “Bney Saxnin”, “Sibir”, "Yaqodina" kimi klublarda çıxış etmişdir.
Xatırladaq ki, “Qəbələ” bundan öncə Ceyhun Sultanov, Kristian Pulhak, Luka Jinko, Mustafa Dabo, İfeanye Emeqara və Amit Quluzadə ilə da müqavilə imzalamışdı.