Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Anderlext” (Belçika) oyununun biletləri satışa çıxarılır.
Korner.az-ın məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
