“Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Almaniyanın “Fortuna” (Düsseldorf) klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” əzmkar qələbə qazanıb- 3:1
Qeyd edək ki, bu matçla Hollandiya toplanışına yekun vuran “Qəbələ” iki qələbə və bir heç-heçə ilə vətənə dönüb.
