Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçiriəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" Almaniya təmsilçisi "İnqolşdadt"la qarşılaşacaq.
Matç Bakı vaxtı ilə 12:00-da start götürəcək. "İnqolşdadt" klubu 2004-cü ildə iki köklü klubun – "ESV İnqolşdadt" və "MTVİnqolşdadt" birləşməsi ilə yaranıb. Komanda hazırda II Bundesliqada mübarizə aparır.
Qeyd edək ki, "Qəbələ"nin daha öncədən Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşacağı nəzərdə tutulmuşdu.
