“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.
A.Antonov 2015-ci yayından çıxış etdiyi “Qəbələ” 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.
