İyunun 26-sı Bakıda biraraya gələrək tibbi müayinədən keçən “Qəbələ” sabah doğma şəhərində 2012-2013 mövsümünün hazırlıqlarına start verəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gündəlik iki məşq çıxacaq komanda Qəbələdəki hazırlıqlarını iyulun 10-na kimi davam etdirəcək.
İki günlük istirahətdən sonra – iyulun 13-də komanda hazırlıq məqsədilə Sloveniyaya yollanacaq. Ölkə xaricində baş tutacaq təlim-məşq toplanışının ikinci hissəsi iyulun 27-nə kimi davam edəcək. Toplanış müddətində “Qəbələ” 5 yoxlama oyununda gücünü sınayacaq. Rəqiblər qarşıdakı günlərdə dəqiqləşəcək.
