Premyer Liqanın XVI turunda dekabrın 8-də "Qəbələ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. "Qəbələ"nin Sumqayıta ilk və son səfəri ötən il avqustun 14-də – 481 gün öncə baş tutmuşdu.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın 2011-2012 mövsümünün II turunda üz-üzə gələn komandaların duelindən qırmızı-qaralar qələbə ilə ayrılmışdılar – 2:1. Hazırda "Qəbələ"də top qovan iki sambaçının – Dodo və Daniel Kruzun qolları komandaya 3 xal qazandırmışdı. Həmin oyunun qısa icmalını təqdim edirik.
