“Qəbələ” 4 itki
07.04.2024 , 15:30

“Qəbələ” Misli Premyer Liqasının 29-cu turunun “Zirə” ilə səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, dörd futbolçu komandanın məşqinə qatılmayıb. Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov hazırlıqda iştirak etməyiblər.
Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.
