“Qəbələ” 4 cavabsız qolla qalib gəldi
10.01.2020 , 17:59

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” divizion təmsilçisi MOİK-lə qarşılaşıb.
Bölgə təmsilçisi bu görüşdə 4:0 hesabı ilə qalib gəlib.
10 yanvar
Yoxlama oyunu
MOİK – “Qəbələ” – 0:4
Qollar: Ülvi İsgəndərov, 27. Fernan Lopes, 65. Klesio Bauk, 86. Rövlan Muradov, 88.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
