“Qəbələ” 3 itki ilə hazırlaşır
25.10.2022 , 13:44
“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir. Bərpa prosesini başa vuran Urfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.
“Qəbələ” Premyer Liqanın XII turunda səfərdə “Sabah”ın qonağı olacaq. Oktyabrın 30-da keçiriləcək görüşə saat 18:30-da start veriləcək.
