“Qəbələ” 18 futbolçu sifariş etdi
09.07.2018 , 10:22

Qəbələ”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
“Qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.
“Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Komandamız ilk matçı Qəbələdə – doğma divarlar arasında keçirəcək.
Qapıçılar: 22. Dmitri Bezotosnı, 30. Aqil Məmmədov
Müdafiəçilər: 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Voyislav Stankoviç
Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Lalavele Atakora, 14. Cavid Hüseynov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov
Hücumçular: 28. Stiven Cosef-Monroz, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi
