Futbol

“Qəbələ” 150-yə, Ozobiç 15-ə çatdı

11.03.2018 , 08:11

Azərbaycan Premyer Liqasının 19-cu turu “Qəbələ” üçün əlamətdar olub.  “Qırmızı-qaralar” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qələbəsini qazanıb. Yubiley “Kəpəz”lə Gəncədəki görüşə təsadüf edib. 1:0 hesablı qələbə Premyer Liqadakı 355-ci matçda qeydə alınıb. Bu qələbələrdən 84-ü ev, 66-sı səfər qarşılaşmalarında qazanılıb.

“Qəbələ”nin Premyer Liqadakı əlamətdar qələbələri:

1-ci qələbə

2006/07 mövsümü. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) – 0:1

50-ci qələbə

2010/11 mövsümü. 19.05.2011. “Qəbələ” – “Muğan” (Salyan) – 2:1

100-cü qələbə

2014/15 mövsümü. 28.02.2015. “Qarabağ” (Ağdam) – “Qəbələ” – 0:1

150-ci qələbə

2017/18 mövsümü. 09.03.2018. “Kəpəz” (Gəncə) – “Qəbələ” – 0:1

Qələbə qolunun müəllifi olan Filip Ozobiç Premyer Liqada 15-ci qolunu vurub. O, bu göstəricidə Daniel Subotiç və Deon Bartona çatıb. Bu “üçlük” klubun çempionatdakı bombardirləri siyahısında 5-ci yerə şərikdi. Onlar Viktor Mendi (29), Dodo (23), Baqali Dabo (18) və Yannik Kamanandan (16) geri qalırlar.

Son yazılar

Yuxarı