“Qəbələ” Avropa Liqasında qarşıdakı mövsümdə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Korner.az-ın məlumatına görə, klubun 2-ci təsnifat mərhələsindən başlaması turnirin 2017/18 mövsümünün komanda bölgüsündə dəyişiklik edilməsi ilə bağlıdır.
Belə ki, Topaz Premyer Liqasının ikincisi “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa II mərhələdən başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub.
Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb.
Xatırladaq ki, Avropa Liqasında digər təmsilçilərimizdən “İnetr”lə “Zirə” mübarizəyə elə ilk mərhələdən start götürəcək.
